Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb


Digərləri 18 Okt 2019 00:45:00 265 0

Misirdə iyirmidən çox möhürlənmiş sarkofaq aşkarlanıb

Arxeoloqlar Misirin Luksor şəhərindən cənubda 20-dən çox möhürlənmiş taxta sarkofaq aşkarlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin Qədim Tarixi üzrə Nazirliyi məlumat yayıb.

Sarkofaqlar Asasif nekropolunda aparılan qazıntılar zamanı tapılıb. Onlar yaxşı qaldığından üzərindəki rəngarəng şəkillər və yazılar aydın görünür. Qədimdə həmin yerdə Qərbi Fiva fironlarının paytaxtı yerləşirdi. Tədqiqatçılar bu ərazilərdə çox sayda sərdaba və digər qədim abidələri üzə çıxarıblar.

(adsgarden = window.adsgarden || []).push({});