Google 200 min Afrikalı tələbəyə rəqəmsal təhsil verəcək


Digərləri 17 Okt 2019 23:50:00 397 0

Google 200 min Afrikalı tələbəyə rəqəmsal təhsil verəcək

Google "Afrika üçün Rəqəmsal Bacarıqlar" proqramı çərçivəsində Nigeriya, Keniya və Cənubi Afrikadan 200.000 tələbəyə kodlaşdırma və kompüter təhsili verəcək.

Son.az ted.az-a istinadən bildirir ki, yerli mediada yer alan məlumatlara görə, Google Saxaranın prezidenti Mojolaoluva Aderemi-Makinde: "Google proqramı çərçivəsində, ilk mərhələdə 9-16 yaş qrupundakı 200 min şagirdə kompüter elmləri və rəqəmsal təhsil veriləcək", - deyə vurğulayıb.

İştirakçıların Nigeriya, Keniya və Cənubi Afrika gənclərindən ibarət olacağını bildirən Aderemi-Makinde "Bu təlimlərlə uşaqların kompüterlə qarşılıqlı əlaqələrini artırmaq və bu sahəyə inamlarını artırmağı hədəfləyirik", - ifadəsini işlədib.

Üç ölkədə reallaşdırılacaq proqramlar çərçivəsində gənclərə təhsil veriləcək, müəllimlər və ailələrə rəqəmsal təhlükəsizlik sahəsində təqdimatlar ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});