Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur FOTO


Digərləri 17 Okt 2019 23:02:00 296 0

Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur  FOTO

Almaniyanın Frankfurt-Mayn şəhərində 71-ci beynəlxalq kitab sərgisi işə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hər il təşkil olunan Frankfurt sərgisinə dünyanın əksər ölkələrindən müxtəlif nəşriyyat və poliqrafiya müəssisələri öz məhsullarını təqdim edirlər.

Sərginin builki fəxri qonaq ölkəsi Norveç Krallığıdır.

Ölkəmizin ənənəvi olaraq təmsil olunduğu dünyanın ən böyük kitab sərgisində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nazirliyin və bir sıra yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.

Sərgidə ölkəmizin 56 kvadratmetr sahədə qədim Qız qalası və İçərişəhərin Qala divarlarının dizaynı ilə hazırlanmış xüsusi stendində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tarix və mədəniyyətimizə dair nəşrlər təqdim olunur.

Nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından sərgi mühüm əhəmiyyət daşıyır. Sərgi çərçivəsində nəşriyyat və kitab işi ilə məşğul olan şirkətlər arasında işgüzar görüşlər, təqdimatlar təşkil olunur.

(adsgarden = window.adsgarden || []).push({});