Həddən artıq gülmək nədən qaynaqlanır? –


Digərləri 17 Okt 2019 23:05:00 234 0

Həddən artıq gülmək nədən qaynaqlanır? –

Gülmək həyatın hər anında pozitiv enerji verir. Gündəlik həyata, əhval-ruhiyyəyə təsir edən gülüş günün hansı istiqamətdə irəliləyəcəyini də müəyyən edə bilir. Bu gün gündəlik qayğılardan, sosial problemlərdən, işdən yorulan insanların unutduğu ən mühüm vərdiş elə gülüşdür. Lakin həddindən artıq gülməyin fəsadları da var.

Son.az medicina.az-a istinadən bildirir ki, Türkiyəli Professor.Emin Önde araşdırmasında insanlarda meydana gələn bu bipolyar pozğunluğun gərəksiz yer və zamanda həddən artıq çox gülmə, özündən çıxma, mahnı oxuma, həddindən artıq özgüvən kimi simptomları olduğunu bildirib.

Onun sözlərinə görə , belə şəxslər cəmiyyətdə  adətən şən və gülərüz kimi tanınır.  Xəstəlik adətən özünü 20 yaş ərəfəsində göstərə və ya yaşamı boyunca bir neçə dəfə təkrarlaya bilər.  

Həmçinin bu pozğunluğa şəxsin keçirdiyi travma,xəstəliklər, çətin həyat şərtləri də səbəb olur. Burada genetik faktorda əsas rol oynayır. Bipolyar pozğunluğu olan şəxslərin uşaqlarında da bu xəstəliyin yayılması  ehtimalı mümkündür.

(adsgarden = window.adsgarden || []).push({});