Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır


Digərləri 17 Okt 2019 23:10:00 268 0

Saturn planetinin yaşamaq üçün əlverişli olması şansı artır

ABŞ və Almaniyadan olan bir qrup alim Saturnun peyki olan Enseladın səthində orqanik birləşmələr aşkar edib.

Çox güman ki, onlar, hidrotermal bulaqlar yaxınlığında planetin qatlarında əmələ gəlmiş və sonra geyzerlər tərəfindən səthə atılmışdır. Alimlərin sözlərinə görə, Enselad, insan həyatı üçün yararlı olan, günəş sistemində çox az sayda olan kosmik obyektlərdən biridir.

Son.az deyerler.org-a istinadən bildirir ki, belə düşünməyə göy cisminin səthinin altında ehtimal olunan isti okeanın olması imkan verir. Peyk, günəşdən istilik almaq üçün çox uzaq məsafədə yerləşir, lakin bu haqda tam olaraq arşdırılma aparılmayıb.

Nəzəriyyələrdən biri bu effektin peykin nüvəsindəki daşların davamlı olaraq bir-birilə sürtülməsi ilə əldə edildiyini söyləyir. 2017-ci ilin aprel ayında Enseladın qeyzer sularında bir sıra müxtəlif kimyəvi maddələr, o cümlədən hidrogen molekulları aşkar edilmişdir. Bəzi tədqiqatçıların fikrincə, bu hidrogen orada həyatın yaranması üçün zəruri kimyəvi bir enerji mənbəyi ola bilər, digər müəyyən edilmiş elementlər də onun saxlanmasını təmin edə bilər. Daha sonra Enseladın ətrafındakı qaz buludunda mütəxəssislər metanol molekullarını tapmışdır. Lakin, sonra mütəxəssislər bu üzvi molekulların mövcudluğunu peykin yaşayış üçün yararlı olmasına sübutları kifayət qədər hesab etməmişdir.

(adsgarden = window.adsgarden || []).push({});