Xiaomi və Redminin 15 modeli üçün MIUI yeniləməsi dayandırılır –


Digərləri 17 Okt 2019 22:50:00 332 0

Xiaomi və Redminin 15 modeli üçün MIUI yeniləməsi dayandırılır –

Xiaomi şirkəti yeni MIUI 9.10.14 test qurğusuna dair təlimatlarda Xiaomi və Redmi smartfonlarının on beş modeli üçün MIUI yeniləməsinin rəsmən dayandırılmasını elan edib.

Son.az ted.az-a istinadən bildirir ki, bu, Redmi Note 4X, Redmi 4X, Redmi Note 5 A-nın standart və inkişaf etmiş versiyası,  Xiaomi 5C, Xiaomi Max 2, Xiaomi Note 2, Xiaomi Mix, Xiaomi Mi 5s, Xiaomi Mi 5s Plus, Redmi 5 Plus, Xiaomi 5X, Redmi 5A və Redmi 5, həmçinin Xiaomi Mi Pad 3 planşetlərinə aiddir.

Həmçinin istifadəyə təsir problemləri ilə əlaqədar olaraq, MIUI yenilənməsi Xiaomi Mi Play, Redmi 6A, Redmi 6, Mi Note 3, Redm Note 5, Mi 6X, Redmi 6 Pro, Redmi Note 7, Redmi Note 7 Pro, Mi 6, Mi Mix 2, Mi 8 Youth Edition, Xiaomi Max 3, Xiaomi CC9, Xiaomi CC9 Mito Custom Edition, Xiaomi CC9e, Xiaomi Mi 9 Pro və Redmi Note 8 Pro, həmçinin Xiaomi Mi Pad 4/4 Plus modelləri üçün dayandırılıb.

Digər cihazlar üçün MIUI 9.10.14 test versiyasının buraxılması planlaşdırılır.

(adsgarden = window.adsgarden || []).push({});