Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir?


Digərləri 17 Okt 2019 22:55:00 283 0

Risalədə rast gəlinən çəki vahidi “müdd” nə qədərdir?

Müdd adlı çəki vahidinə adətən, fitrə zəkatı ilə bağlı fətvalarda rast gəlirik. Müdd ərəblərdə orta çəki vahidi sayılır, qoşa ovuc dolusu yemək bir müdd hesab edilir. 4 müdd bir "sa"nı təşkil edir. Müddün müasir hesabatla neçə qram olması barədə alimlər arasında fikir ayrılıqları vardır. Müxtəlif dövrlərdə, müxtəlif məzhəblərdə, müxtəlif alimlər tərəfindən müdd fərqli ölçülərdə hesablanıb: 510, 530, 544, 650, 694, 750, 765, 833 qram. Bu ölçüdən daha yüksək hədd təyin edilmiş zamanlar da olmuşdur. Geniş yayılmış rəyə əsasən, bir müdd təqribən 750 qrama bərabərdir və fitrə zəkatı adambaşı dörd müdd, yəni 3 kq-dır. Müasir müctəhidlərin əksəriyyəti by fikri müdafiə edirlər. Ayətullahül-üzma Seyyid Həkim isə bir müddün təqribən 870 qram olduğuna və fitrə zəkatının ümumilikdə 3.480 qram yemək kimi hesablanmasına fətva vermişdir.

(adsgarden = window.adsgarden || []).push({});