Yoğun bağırsaqda POLİPLƏR təhlükəlidirmi?


Digərləri 17 Okt 2019 21:35:00 289 0

Yoğun bağırsaqda POLİPLƏR təhlükəlidirmi?

Polip - bağırsağın selikli qişasında yaranmış törəmə deməkdir. Yoğun bağırsaq polipləri bir və çoxsaylı ola bilər. Forma və xüsusiyyətlərinə görə poliplər müxtəlif növlərə bölünür. Burada, xüsusən, iltihabi, hiperplastik və neoplastik  formaları qeyd etmək olar. Bu törəmələr bədxassəli və xoşxassəli xüsusiyyətə malik ola bilər.   Son.az medicina.az-a istinadən cərrah-proktoloq, t.e.n Anar Əliyevin poliplərin yaranma səbəbləri və müalicəsi barədə açıqlamasını təqdim edir.

Xoşxassəli törəmələrə fibroma, adinoma və bağırsaq polipləri aiddir. Bağırsaq polipləri daha çox təsadüf edilən patologiyalardandır.

Yoğun bağırsaq poliplərinin əsas yaranma səbəbləri aşağıdakılardır:

İrsi faktorlar; Qeyri-düzgün qidalanma (rafinə edilmiş məhsullar, heyvan mənşəli piylərin izafi istifadəsi və s.); Qəbizlik. Yoğun bağırsaq poliplərinin əlamətləri və fəsadları Əgər polip kiçikdirsə - diametri bir neçə mm, bu zaman o pasiyenti narahat etmir və yoğun bağırsağın müayinəsi zamanı təsadüfən üzə çıxır. Ölçüsü bir neçə sm-ə çatan böyük poliplər bağırsağın divarını deşib, qanaxmaya səbəb olur.

Polip hüceyrəsi uzun müddət müalicə olunmazsa bədxassəli formaya çevrilə bilər. Statistikaya görə, hər beş polipdən biri xərçəngə çevrilir.

Poliplərin diaqnostikası məqsədilə həkim aşağıdakıları təyin edə bilər:

Nəcis analizi; İrriqoskopiya - bağırsaqların rentgenoloji müayinəsi; Düz bağırsağın barmaqla müayinəsi və s.      

Yoğun bağırsaq poliplərinin müalicəsi

(adsgarden = window.adsgarden || []).push({});