Tanınmış şirkətin əmlakını ələ keçirən işçi həbs edildi


Kriminal 17 Okt 2019 20:19:00 384 0

Tanınmış şirkətin əmlakını ələ keçirən işçi həbs edildi

"Aqrowest DC" MMC-nin əməkdaşı Cahandar İsgəndərova cinayət işi açılıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cahandar İsgəndərov MMC-nin rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət etməsi nəticəsində həbs edilib. O, MMC-nin pulunu mənimsəyib.

"Aqrowest DC" MMC cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

İş materialı baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Fərid Əmirəliyevin icraatına verilib.