Əsəd ordusu türklərlə savaşa başlayır


Dünya 17 Okt 2019 19:14:00 238 0

Əsəd ordusu türklərlə savaşa başlayır

"Türkiyə Silahlı Qüvvələrinin hücumlarına məruz qalan Suriyadakı kürdlər hökumət ordusu (Bəşər Əsəd) ilə əməkdaşlıq etməyə başlayıb".

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri "RİA Novosti"-yə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin keçmiş rəisi general-polkovnik Leonid İvaşov deyib.

İvaşovun sözlərinə görə, hazırda Raqqaya Əsəd ordusu ilə yanaşı, kürd silahlı birləşmələri də nəzarət edir:

"Kürdlər Suriya hökumət qüvvələri ilə ciddi əməkdaşlığa başlayıb və əslində, kürd birləşmələri Suriya Silahlı Qüvvələrini kürdlərinin yaşadığı bölgəyə və nəzarət etdikləri zonaya dəvət edib".