Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı,


Kriminal 17 Okt 2019 18:39:00 273 0

Şəkidə 16 yaşlı qızda hamiləlik aşkarlandı,

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.