Masallıda 4 yaşlı uşaq it dişləməsindən öldü


Digərləri 17 Okt 2019 18:09:00 269 0

Masallıda 4 yaşlı uşaq it dişləməsindən öldü

Nizami rayon Prokurorluğu sentyabrın 15-də Masallıda it dişləyən azyaşlının ölümü ilə bağlı məlumat yayıb.

Son.az xəbər verir ki, Prokurorluqdan Trend-ə verilən məlumata görə, araşdımalar zamanı məlum olub ki, azyaşlı Masallı rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona 4 dəfə peyvənd vurulub. Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da vəfat edib. Nizami rayon prokurorluğunda material qaydasında araşdırma aparılır. Valideynlərinin hər hansı şikayəti olmayıb.

Xatırladaq ki, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib. Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.