Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digərləri 17 Okt 2019 18:03:00 267 0

Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir

Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək.

Bakı. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ÇXR Milli Müdafiə naziri general-polkovnik Vey Fenxenin dəvəti ilə Pekin şəhərinə gedəcək. Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, işgüzar səfər çərçivəsində Müdafiə nazirinin ÇXR-nın hərbi-siyasi rəhbərliyinin rəsmiləri ilə görüşləri planlaşdırılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin