Daşkəsəndə avtomobil yandı


Digərləri 17 Okt 2019 17:44:00 270 0

Daşkəsəndə avtomobil yandı

Daşkəsəndə avtomobil yanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Son.az-a verilən məlumata görə, oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayon ərazisində E.Zeynalovun idarə etdiyi "Chevrolet Niva" markalı avtomobilin mühərrik hissəsində anidən yanğın hadisəsi baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğın söndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.

Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.