“Bənzərsiz olmaq istəyirəm”


Digərləri 17 Okt 2019 17:34:00 247 0

“Bənzərsiz olmaq istəyirəm”

Dünya şöhrətli aktyor Bred Pitt "GQ" jurnalına müsahibə verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Bir dəfə Hollivudda" filmində yer alan sənətçi bənzərsiz olmaq istəyir:

"15 ildir özümə "obrazlara başqasının qata bilmədiyi nəyi verə bilərsən" deyə sual verirəm. Cavabım isə bu olur: Şəxsi təcrübəmi, yumorumu, acılarımı, utancımı... Kristian Beyl və ya Tom Hardini izləyəndə onların etdiyini təkrarlaya bilməyəcəyimi düşünürəm. Baxmaqdan çox həzz alıram, amma o obrazlara girə bilmərəm. Mən də özlüyümdə bənzərsiz olmaq istəyirəm".

(adsgarden = window.adsgarden || []).push({});