Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb


Siyasət 17 Okt 2019 17:39:00 278 0

Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.