Juventus Ronaldo ilə yeni rekorda imza atdı


İdman 17 Okt 2019 16:26:00 369 0

Juventus Ronaldo ilə yeni rekorda imza atdı

Juventus forma satışı üzrə öz rekordunu qırıb.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı ulduzu Kriştiano Ronaldonu transfer etdikdən sonra forma satışını artırıb. Klubun 2018/2019 mövsümü üçün forma satışı 1 milyon 315-ə çatıb. Tarixində ilk dəfə 1 milyon səddini keçən A Seriya təmsilçisi Avropada bu göstəricində 10 klub arasına düşüb.

Xatırladaq ki, 2018/2019 mövsümündə ən çox forma Manchester United satıb – 4 milyon 950 min forma. Liverpool 2-ci (3 milyon 943 min), Bayern Munich isə 3-cü (3 milyon 475 min) pillədə qərarlaşıb.