“Ayaqların sınsın...” Nigar Camal


Şou-biznes 17 Okt 2019 16:54:00 842 0

“Ayaqların sınsın...”  Nigar Camal

Müğənni Nigar Camal sosial media hesabında uşaqlarla videosunu paylaşıb.

 

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, bölüşdüyü videoda uşaqlarla pis davranan valideynləri anlamadığını söyləyib:

"Yəqin ki, uşaqlar həyatın bizə verdiyi ən gözəl nemətdir. Ana olmaq ən sevdiyimiz hissdir. Fərqi yoxdur bu, kimin övladıdır: dostlarımın, düşmənlərimin. Onlar çox şirin, xeyirxah və müqəddəsdirlər. Başqalarının yaxud öz övladlarına qəzəblənən, onlara "Səni öləsən", "Kaş ki, doğmazdım", "Ayaqların sınsın", "Səni bədbəxt ol" deyən anaları anlamıram. Hər körpə sevgi və diqqətə layiqdir".