TAP layihəsinin 89,8 faizi reallaşdırılıb


Digərləri 17 Okt 2019 16:24:00 285 0

TAP layihəsinin 89,8 faizi reallaşdırılıb

https://az.trend.az/business/energy/3134762.html

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 89,8 faizi başa çatıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir:

"Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. Sentyabrın sonuna olan vəziyyətə görə, layihənin 89,8 faizi başa çatıb".