Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb


Digərləri 17 Okt 2019 16:28:13 276 0

Müdafiə naziri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin