Filippin prezidenti motosikletdən yıxıldı


Dünya 17 Okt 2019 16:09:00 259 0

Filippin prezidenti motosikletdən yıxıldı

Filippin prezidenti Rodriqo Duterte motosikletdən yıxılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Prezident dizindən və dirsəyindən yüngül xəsarətlər alıb.

74 yaşlı R.Duterte prezident iqamətgahının ərazisində motosikletlə hərəkət etdikdən sonra nəqliyyat vasitəsini park edərkən ayaqqabısı ayağından çıxıb.

O, ayaqqabını götürmək üçün əyiləndə yıxılıb.