Qol vurdu, sonra da pivə içdi - VİDEO


İdman 17 Okt 2019 16:00:00 375 0

Qol vurdu, sonra da pivə içdi - VİDEO

Hollandiyanın səviyyəcə ikinci liqasında Almere CityGo Ahead Eagles  komandaları arasında keçirilmiş X tur matçında qeyri-adi qol sevinci nümayiş etdirilib.

Goal.az-ın məlumatına görə, Almere City-nin futbolçusu Şeyon Harrison 68-ci dəqiqədə vurduğu qoldan sonra azarkeşlərə tərəf qaçıb.

Fanatlardan biri 22 yaşlı hücumçuya içində pivə olan plastik stəkan atıb. Harrison isə buna maraqlı reaksiya verib. İngiltərəli oyunçu qabı tutmağı bacarıb və içindəki pivəni içib. Daha sonra isə o, boş stəkanı kənara atıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.