FBI Ermənistanda fəallaşdı


Dünya 17 Okt 2019 15:17:00 258 0

FBI Ermənistanda fəallaşdı

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları xeyli müddətdir ki, Ermənistanda fəal işləyirlər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, FBI ABŞ-a daimi yaşayış üçün köçən və bahalı əmlaka sahib olan, ABŞ-a investisiya qoyan Ermənistan vətəndaşlarının işlərini araşdırır.

FBI əməkdaşları həmin şəxslərin maliyyə mənbələri ilə maraqlanır.