La Liqanın 1 oyunu Mayamidə keçiriləcək


İdman 17 Okt 2019 14:08:00 313 0

La Liqanın 1 oyunu Mayamidə keçiriləcək

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində keçiriləcək.

 

Goal.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, söhbət La Liqanın XVI turu çərçivəsində baş tutacaq VillarrealAtletico matçından gedir. Bildirilir ki, hər iki klub görüşün 65 min tamaşaçı tutumuna malik “Hard Rok” stadionunda reallaşmasına razılıq verib.

Qeyd edək ki, ötən mövsüm La Liqa rəhbərliyi Barcelona - Girona oyununu da ABŞ-da təşkil etmək istəyib. Lakin müxtəlif səbəblərdən bu, gerçəkləşməyib.