Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur


Digərləri 17 Okt 2019 14:39:06 87 0

Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur

Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov “18 oktyabr. Etiraf anı” sərlövhəli məqaləsində qeyd edib.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 28-ci ildönümü tamam olur. SSRİ-nin süqutu nəticəsində baş tutan dövlət müstəqilliyi xalqın qəlbində bəslədiyi istək və arzuların təntənəsi olmaqla yanaşı eyni zamanda ölkəmizin gələcək inkişafı baxımından möhtəşəm şans və başlanğıc idi. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov “18 oktyabr. Etiraf anı” sərlövhəli məqaləsində qeyd edib. O bildirib ki, müstəqilliyə qovuşduqdan sonra ilk iki ili çıxmaq şərti ilə artıq tarixə çevrilmiş 26 il milli dirçəlişin və inkişafın, müstəqil dövlət quruculuğunun, sabitliyin və əminamanlığın, daim yüksələn sosial rifahın və müasirliyin bariz ifadəsi kimi yaddaşlara həkk olunub: “Fərəhləndirici haldır ki, Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur. Bir nəslin gözləri önündə həyat bütünlüklə dəyişdi, müstəqilliyin ilk iki ilinə təsadüf edən səriştəsiz və məsuliyyətsiz rəhbərlərin səhvləri və günahları üzündən hərtərəfli böhran məngənəsində sıxılan, dağıntı və talanlardan əziyyət çəkən ölkə qısa zaman kəsiyində çiçəklənən məmləkətə çevrildi. Orta və yuxarı yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycanı bu gün 30 yaşına qədər olan insanlar görməyib və bəlkə də ölkəmizdə gerçəkləşən möcüzəni, onun əsl mahiyyətini, miqyasını tam dərk edə bilmirlər. Çünki onların təsəvvüründə yalnız indiki Azərbaycan, onun gözəllikləri həkk olunub. Gənclərin rahatlığından məmnun olduğu indiki həyatın və ümumiyyətlə bugünki Azərbaycanın 1990-cı illərin əvvəllərindəki Azərbaycandan nə qədər uzaq məsafədə olduğunu bilməsi yaxşı olardı. Onda ölkənin həyatında baş verən əzəmətli tarixi dəyişikliyin miqyasını və əhəmiyyətini daha düzgün, daha ədalətli qiymətləndirə bilərdilər”. Ə.Əhmədov qeyd edib ki, 18 oktyabr Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü yolunda verdiyimiz qurbanları xatırlamaq üçün yaxşı bir fürsətdir: “Azadlıq, müstəqillik yolunda canlarından keçənlərin xatirəsi unudulmur, hörmət və ehtiramla yad edilir. Onlar dövlətimizin bütövlüyü və azadlığı yolunda şəhid olmuş qəhrəmanlardır. Bu əlamətdar gündə müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin xatırlanması, xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın onillərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq onun xidməti sayəsində mümkün olmuşdur. Azərbaycanın müasir tarixinin şahidi olanların və istər ölkə daxilində, istər ölkə xaricində bu tarixi izləyənlərin hər biri Heydər Əliyevin 1993-cü ilin iyun ayında tarixi qayıdışını Azərbaycan dövlətçiliyinin xilası kimi dəyərləndirir. Əgər bu qayıdış baş tutmasaydı ölkəmiz və onun hər bir sakini fərqli tale və tarix yaşamalı olacaqdı. Yalnız Heydər Əliyevin müdrikliyi, təcrübəsi, iradəsi və qətiyyəti sayəsində ölkə bütün mümkün faciələrdən, təlatümlərdən, parçalanmalardan xilas oldu, insanların səbirsizliklə gözlədiyi sabitlik və əminamanlıq bərpa edildi, Azərbaycana misilsiz iqtisadi və geopolitik dividentlər gətirən (və bu gün də gətirməkdə davam edən) əsrin neft müqaviləsi imzalandı. Bütün bunların nəticəsində müstəqillik əbədi və dönməz oldu, insanlar onun real bəhrəsini gördü, həqiqi dəyərini və mənasını hiss etməyə başladı. Bu gün eyni zamanda 2003-cü ilin prezident seçkilərində xalqın dərin etimadını qazanan Prezident İlham Əliyevin yürütdüyü siyasətin möhtəşəm təntənəsinin etiraf anıdır. Şərəfli tarixə çevrilmiş 16 il ərzində iqtisadiyyat 3 dəfə böyüdü, Azərbaycan dövlətinin qüdrəti misilsiz dərəcədə artdı, ordumuz gücləndi və dünyada 52-ci pilləyə yüksəldi. Ölkənin siması tanınmaz dərəcədə dəyişdi, müasirləşdi. Azərbaycan yaşamaq və işləmək üçün cazibədar məkana çevrildi. Əhalinin rifahını ardıcıl olaraq yaxşılaşdıran layihələr həyata keçirildi və həyata keçirilməkdədir. Yeni islahatlar strategiyası hazırlanıb uğurla tətbiq edilməkdədir. Azərbaycan indi dünyada ən çox islahat keçirən ölkələrdən biri kimi tanınır.” “Həyatımızda baş verən dərin transformasiya insanlarımızda, onların nəinki həyat və məişətində, habelə düşüncələrində, həyata münasibətində müsbət dəyişikliklərlə müşaiyət olunur. Nikbinlik, ictimai fəallıq, vətənpərvərlik, müasirlik bugünki azərbaycanlını fərqləndirən başlıca xüsusiyyətlərdir. O özünün və övladlarının gələcəyini ölkəmizin hazırki inkişafından ayrı təsəvvür etmir və buna görə də bu inkişafı həm qorumağa, həm də ona töhfələr verməyə hazırdır. Xalqın və iqtidarın birliyi həyatımızın nəinki reallığı, eyni zamanda gələcək uğurlarımızın rəhnidir. 18 oktyabr etiraf anı hər şeydən əvvəl bir daha xalqımızın və dövlətimizin qarşısında dahi Heydər Əliyevin müstəsna xidmətlərinin dərk edilməsindən və qiymətləndirilməsindən keçir. Bu eyni zamanda son 16 ilin inkişafının, müasirləşməsinin, Azərbaycanın gücünün, qüdrətinin, dünyadakı rolunun və müsbət imicinin, insanlarda gələcəyə sönməz inamın formalaşmasının memarı Prezident İlham Əliyevin müstəsna xidmətlərinin bir daha dərk edilməsi və qiymətləndirilməsi anıdır. Xalqla iqtidarın haqqında bəhs etdiyimiz sarsılmaz birliyi məhz buna arxalanır. Azərbaycanın dövlət müstəqilliyi əbədi olsun”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb  FOTO like
  • 17 Okt 14:36  
Digərləri Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ər

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 17 Okt 14:33  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Oktyabr ayının 17-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb like
  • 17 Okt 14:27  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb

Oktyabrın 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı
Prezidentin media həssaslığı: like
  • 17 Okt 14:26  
Siyasət Prezidentin media həssaslığı:

Son.az Trend-ə istinadən Mətbuat Şurasının Sədri, Milli Məclisin deputat

arrow Ətraflı
Bakıda ikiarvadlı kişinin törətdiyi dəhşətli qətlin təfərrüatı: like
  • 17 Okt 14:25  
Kriminal Bakıda ikiarvadlı kişinin törətdiyi dəhşətli qətlin təfərrüatı:

Oktyabrın 16-da günorta saatlarında işsiz, ikiarvadlı şəxs Bakının Bin

arrow Ətraflı
1 milyon ödəməsə, əmlakı əlindən alınacaq like
  • 17 Okt 14:23  
Digərləri 1 milyon ödəməsə, əmlakı əlindən alınacaq

Türkiyənin pop ulduzu Edis əməkdaşlıq etdiyi şirkətlə məhkəməlik olu

arrow Ətraflı
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb (FOTO) like
  • 17 Okt 14:23  
Digərləri Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb (FOTO)

Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəst

arrow Ətraflı
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur like
  • 17 Okt 14:18  
Digərləri Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də keçir

arrow Ətraflı
Filippin prezidenti motosikletdən yıxıldı like
  • 17 Okt 14:13  
Digərləri Filippin prezidenti motosikletdən yıxıldı

Filippin prezidenti Rodriqo Duterte motosikletdən yıxılıb

arrow Ətraflı
Sevgilisi Cem Yılmazı tək qoydu  FOTO like
  • 17 Okt 14:09  
Digərləri Sevgilisi Cem Yılmazı tək qoydu FOTO

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz yeni filmlərinin qala gecəs

arrow Ətraflı
Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alınıb (FOTO) like
  • 17 Okt 14:09  
Digərləri Azərbaycana mobil telefonların qanunsuz yolla gətirilməsinin qarşısı alınıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə d

arrow Ətraflı
La Liqanın 1 oyunu Mayamidə keçiriləcək like
  • 17 Okt 14:08  
İdman La Liqanın 1 oyunu Mayamidə keçiriləcək

Futbol üzrə İspaniya çempionatının oyunu ABŞ-ın Mayami şəhərində ke

arrow Ətraflı
Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir like
  • 17 Okt 14:05  
Digərləri Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir

Ötən 9 ayın yekunları bir daha göstərdi ki, Azərbaycan dinamik inkişafı

arrow Ətraflı