Azərbaycanda kişi üç uşaq anası olan məşuqəsinə görə bıçaqlandı FOTO


Kriminal 17 Okt 2019 14:18:00 361 0

Azərbaycanda kişi üç uşaq anası olan məşuqəsinə görə bıçaqlandı  FOTO

Füzuli sakini Masallıda bıçaqlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında rayonunun Şərəfə kənd sakini Rasim Xanməmməd oğlu İbişov avtovağzal kimi tanınan ərazidə 39 yaşlı Zaur Davud oğlu Qurbanovu bıçaqlayıb. 

Z.Qurbanov Füzuli sakini olsa da, Bakıda yaşayır. O, bir müddət bundan əvvəl qeyri-rəsmi yaşadığı Nuranə Əhmədova ilə aralarında yaşanan bəzi problemlərə görə Masallı Rayon Məhkəməsinə çağırılıb.

Bakıdan Masallıya gələn Z.Qurbanov axşam saatlarında geri qayıtmaq üçün avtovağzala gəlib və orada R.İbişovu görüb. Onlar arasında düşən mübahisə sonda bıçaqlanmaya səbəb olub. 

Döş qəfəsindən bir bıçaq zərbəsi alan Z.Qurbanov yaxınlıqdakıların köməyilə dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağırdır.