"Uşağın uşağım deyil, yoldaşın yoldaşım deyil"


Şou-biznes 17 Okt 2019 13:19:00 248 0

"Uşağın uşağım deyil, yoldaşın yoldaşım deyil"

Uşağın uşağım deyil, yoldaşın yoldaşım deyil, anan anam deyil, səsin səsim deyil. Mənim, ümumiyyətlə, heç kimlə işim yoxdur. Alnım açıq-üzüm ağdır! Adətən deyirlər ki, kimdə nə yoxdursa, ondan danışır. 

 

Son.az xəbər verir ki, bunu əməkdar artist Elnarə Abdullayeva "5/5"də adını açıqlamadığı sənət yoldaşlarının ikiüzlülüyündən danışarkən bildirib.

Əməkdar artist arxasınca danışan, toylarını "buran" həmkarlarına efirdən od püskürüb:

"Xalq, camaat da bilsin və müəyyən sənətciklər, sənətdə olmaq istəyənlər və olanlar da bilsinlər ki, mən məndə olandan danışıram, vəssəlam! Mən bu sənət aləmində o qədər ikiüzlülük görürəm. Ə qardaş, adamın bir üzü olar da".