Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün 500 min manatadək vəsait ayırıb


Digərləri 17 Okt 2019 13:10:00 305 0

Sahibkarlığın İnkişafı Fondu investisiya layihələri üçün 500 min manatadək vəsait ayırıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Şəki-Zaqatala iqtisadi rayonunun sahibkarlarına heyvandarlıq və bağçaçılıq, eləcə də çörək məmulatları istehsalı sahələrində 39 investisiya layihəsinin maliyyələşdirilməsi üçün 491 min manat ayırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu layihələrin icrası Zaqatala rayonunda 50-dək iş yerinin açılmasına imkan verəcək.

Qeyd olunur ki, bu ilin əvvəlindən investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlaa 134 milyon manaq güzəştli kredit verilib. Bunlardan 65 faizi regionların payına düşüb.