Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı


Digərləri 17 Okt 2019 12:41:00 263 0

Yevlaxda qaz xəttini zədələdilər - Kəndlər qazsız qaldı

Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər.

Bakı. Samir Əli - Dünən axşam saatlarında "Xaldan Əhali" ölçü qovşağından qidalanan, Yevlax rayonunun 10-dan çox kəndini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini qazıntı aparan şirkətlərdən birinin texnikası ilə zədələyiblər. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, bir qrup abonentin qaz təchizatında fasilə yaranıb. Hazırda “Azəriqaz” İB-nin əməkdaşları ərazidə baş verən fəsadın aradan qaldırılması üçün hazırlıq işləri görür. Qaz təchizatının bərpası oktyabrın 17-də gün ərzində mümkün olacaq. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin