Kapital Bankın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov: "Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%i BirKart sahibidir"


Digərləri 17 Okt 2019 12:35:00 292 0

Kapital Bankın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamov: "Ölkədə olan taksit kart müştərilərinin təxminən 65%i BirKart sahibidir"

Bu gün Kapital Bank, ölkə üzrə filial şəbəkəsinə, partnyor şəbəkəsinə, bazarda olan taksit kart müştərilərinin sayına və digər bir sıra meyarlarına görə liderdir. 3 milyondan artıq müştəriyə xidmət göstərən ölkənin birinci bankı demək olar ki, hər ay yeni aksiya və kampaniyalarını müştərilərin ixtiyarına verir. Təbii ki, bütün bunlarla yanaşı müştəri xidməti keyfiyyətini də yaxşılaşdırmaq istiqamətində ciddi işlər görür. Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Kapital Bank-ın Baş Pərakəndə Satış inzibatçısı Ramil İmamovdan müsahibə aldıq.

- Ramil müəllim, hazırda Kapital Bank-ın BirKart taksit kartı əhali tərəfindən ən çox rəğbətlə qarşılanan kartdır. Hətta məvacibini və təqaüdünü Kapital Bank-dan almayanlar da BirKart sahibi ola bilərlər. Bir qədər bu barədə danışaq.

-    Əsas hədəfimiz hazırda ölkədə lider olduğumuz pərakəndə bankçılıq sahəsində inkişaf edib, liderliyimizi qorumaqdır. Bu sahədə son illər əsas nailiyyətlərimizdən biri kredit və taksit kart funksiyalarını özündə birləşdirən BirKart məhsulunun satışında yüksək nəticələr əldə etmək olub. Təkcə 2019-cu ilin əvvəlində 200 000-nə yaxın BirKart əldə edən müştəri olub ki, bunun da nəticəsi hazırda BirKart sahiblərinin sayı 430 000-nə çatıb. Əminliklə deyə bilərəm ki, taksit kartları bazarında da birincilik bizim bankımıza məxsusdur. Belə ki, ölkədə olan taksit kart müştərilərinin təxminən 65%-i BirKart sahibidir. BirKart-ı daha əlçatan və sərfəli etmək üçün bir sıra işlər həyata keçiririk. Bu ilin əvvəlindən  başlayaraq məvacib və təqaüdlərini Kapital Bank kartları ilə almayan şəxslər üçün çox cəlbedici BirKart şərtləri təklif etməyə başlamışıq ki, nəticədə bu növ müştərilərimiz günü-gündən artmaqdadır.

Bu sahədə daha bir uğurlu əməkdaşlığımız isə cari ildən təsis edilən BirKart Bank Olmayan Kredit Təşkilatıdır (BOKT). Qeyd edim ki, hazırda həm paytaxt Bakıda, həm də Gəncə və Sumqayıt şəhərlərində BOKT-un 14 filialı xidmət göstərir. Bu filiallar əsasən partnyor mağazaları ilə eyni ünvanda, ticarət mərkəzlərində, həmçinin artıq ötən aydan müstəqil şəkildə və müasir dizaynda hazırlanan filiallarda fəaliyyət göstərir. Müştərilərə BOKT filiallarında BirKart satışı həyata keçirilir, BirBank tətbiqi üzərindən müxtəlif növ xidmətlər təklif olunur, həmçinin bu məhsullar üzrə istənilən sualların cavabladırılması həyata keçirilir. Gələcəkdə Bankla BOKT arasında olan qarşılıqlı razılığa əsasən bu sahədə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır. Bu günədək BOKT filiallarından minlərlə müştəri  BirKart əldə edib ki, bunun da böyük əksəriyyətini məvaciblərini Kapital Bank-dan almayan müştərilər təşkil edir. Həmçinin bu kartlar üzrə limit məbləğlərinin 70%-dən çoxu taksit dövriyyəsinə yönəlib. Məhz bu səbəbdən də taksit layihəsi üzrə partnyorlarımız son dövrlərdə BirKart BOKT-la əməkdaşlığa xüsusi önəm verməyə başlayıblar. Partnyorlar BirKart BOKT filiallarının mağazalarda fəaliyyət göstərməsinin, ehtiyaca uyğun olaraq dərhal BirKart əldə etmə imkanlarının, taksitli alış-verişdən yararlanmanın həm onlar, həm də müştərilər üçün böyük üstünlük yaratdığını xüsusi ilə qeyd edir, satışları stimullaşdırdığını və müştəri məmnunluğunun artmasına səbəb olduğunu vurğulayırlar.

- BirKart-ın partnyor şəbəkəsinin genişlənməsi istiqamətində hansı işlər aparılır?

- Bu il qarşıya qoyduğumuz hədəflərdən biri də partnyor şəbəkəmizi daha da genişləndirmək, əsas da regionlarda geniş şəbəkə ilə təmsil olunmaqdır. Taksit partnyorlarımızın sayı 2017-ci ilin sonuna 300-ə yaxın idisə, indi bu rəqəm təqribən 3000-dir. Bu partnyorlardan 830-ü regionlarda fəaliyyət göstərir. Həm taksit funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə, həm də cashback funksiyasının aktiv olduğu satış nöqtələrinin sayına görə bazarda birinciyik. Həmçinin ötən ay bazara smart kassa cihazlarını ilk təklif edən banklardan biri olaraq bu işi daha da sürətləndirməyi hədəfləyirik. Bu cihazların çox funksiyanallığı partnyorlarımız və müştərilərimiz üçün rahatlıq yaradır. Belə ki, smart kassalar Android əməliyyat sistemi əsasında fəaliyyət göstərməklə yanaşı özündə POS terminal, kassa aparatı, anbar uçot sistemi və printer fuksiyalarını birləşdirir.

- Xidmətlərin rəqəmsallaşması və optimallaşması sahəsində hansı yenilikləriniz var?