4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir - Nazir
Digərləri 17 Okt 2019 12:11:35 241 0
Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır.
Bakı. İlhamə İsabalayeva -
Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: "Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".
(adsgarden = window.adsgarden || []).push({});
Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyib, yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak etməyiblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az