Övladınızı sizdən xəbərsiz içdən "yeyən" xəstəlik


Digərləri 17 Okt 2019 11:43:00 219 0

Övladınızı sizdən xəbərsiz içdən "yeyən" xəstəlik

"Filan şeyə toxunsam, mikrob düşər?", "Görəsən, qazı, suyu açıq qoymamışam?", "Ayyaqabılarım, paltarlarım simmetrik olmasa başıma iş gələ bilər", "Bir şeyi 3 dəfə etməsəm, işlərim yolunda getməz...

Əgər bu düşüncələr sizi narahat edirsə, stress keçirməyinizə səbəb olursa, həyat tərzinizə manedirsə obsesiv, komplusiz pozğunluqdan əziyyət çəkirsiniz deməkdir.

Məsələn, birinin əlləri təmiz olmasına rəğmən, onun çirki olduğunu düşünməsi obsessiya, bu düşüncədən qurtulmaq üçün davamlı olaraq əllərini yuması isə kompulsiyadır.

Son.az bildirir ki, bu xəstəliyə bizim dildə "vərdiş pozğunluğu" da deyirlər. Uşaqlıqdan başlayan OKP (obsesiv, komplusiz pozğunluq) yaş artıqca müalicə olunmasa, sonradan bütün həyat tərzini dəyişəcək hal alır.

Təmizlik, hərəkəti 3 dəfə təkrarlama, rəqəmlərin uğurlu-uğursuz olduğunu düşünmə, şübhə, nəyisə tez-tez yoxlamaq, simmetriya problemləri kimi narahatlıqlar xəstəliyin əsas əlamətləridir.

Çox zaman 7 yaşda "peyda" olan xəstəlik, əsasən, məsuliyyət hissi yüksək, bacarıqlı, əzmli, gərgin və perfektsionist insanlarda yaranır. Ailədə OKP-dan əziyyət çəkən varsa, xəstəlik onun övladında da özünü biruzə verir.