Hollivud aktyorunun oğlu anasını öldürdü FOTO


Digərləri 17 Okt 2019 11:15:00 290 0

Hollivud aktyorunun oğlu anasını öldürdü  FOTO

Hollivud aktyoru Ron Elinin Santa-Barbaradakı (Kaliforniya ştatı) evində faciə baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun 62 yaşlı həyat yoldaşı, "Miss Florida 1981" gözəllik müsabiqəsinin qalibi Valeri Ladin Eli 30 yaşlı oğlu Kameron Eli tərəfindən qətlə yetirilib.

Harvard Universitetinin məzunu Kameron hadisə yerinə gələn polislər tərəfindən güllələnib.

Həyat yoldaşının qətlə yetirildiyi vaxt aktyor evdə olub və zərər çəkməyib.

"Daily Mail" yazır ki, Kameron Valerinin öldürülməsində Ronu günahlandırmağa cəhd edib. Cavan oğlan özü polisə zəng edib və ağlaya-ağalaya atasının anasına hücum etdiyini deyib.

(adsgarden = window.adsgarden || []).push({});