Bakıda iki avtomobil toqquşdu VİDEO


Digərləri 17 Okt 2019 11:37:00 194 0

Bakıda iki avtomobil toqquşdu  VİDEO

Ötən gecə Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə iki prospektin kəsişməsində qeydə alınıb. Ziya Bünyadov prospekti ilə hərəkətdə olan 90-CZ-686 dövlət nömrəli "Mercedes" markalı avtomobil gözlə nişanına diqqət etməməsi səbəbindən Azadlıq prospekti ilə hərəkət edən 90-PT-753 nömrəli "AzSamand"la toqquşub.

Hadisə nəticəsində Ziya Bünyadov prospektindən üzü şəhər istiqamətində qısamüddətli tıxac yaranıb. Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunublar.