Azərbaycanda uşaq qaynar suyun içinə düşdü


Digərləri 17 Okt 2019 10:52:00 256 0

Azərbaycanda uşaq qaynar suyun içinə düşdü

Şəkidə azyaşlı qaynar su ilə dolu vedrənin üstünə yıxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Böyük Dəhnə kəndində qeydə alınıb.

Kənd sakini, altı yaşlı Qasım Elçin oğlu Qafurlu yaşadığı evin həyətində velosiped sürərkən ehtiyatsızlıqdan içərisində qaynar su olan vedrənin üstünə yıxılıb.

Nəticədə, azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, hər iki aşağı ətrafın və bədən səthinin qaynar su yanığı dioqnozu ilə Şəki Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılıb.

Q.Qafurlunun vəziyyəti orta-ağır qiymətləndirilir.