Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı


Kriminal 17 Okt 2019 09:33:00 254 0

Bakıda arvadı ilə qayınanasını qətlə yetirib yandırdı

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.