Balakəndə 1 ton xurma yanıb


Digərləri 17 Okt 2019 09:25:00 235 0

Balakəndə 1 ton xurma yanıb

Balakəndə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Qazma kəndində ümumi sahəsi 180 m² olan yardımçı tikilinin yanar konstruksiyaları 60 m² sahədə, içərisində 1 ton qarğıdalı və taxta yeşiklərə yığılan 1 ton xurma yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.