"Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 650-ni keçib


Digərləri 17 Okt 2019 09:25:08 260 0

"Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 650-ni keçib

Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 653 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər

Bakı. Türkiyə Silahlı Qüvvələri Suriyada həyata keçirdikləri "Sülh bulağı" əməliyyatı başlandıqdan bəri 653 PKK/PYD-YPG terrorçusunu zərərsizləşdiriblər. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir. Məlumatda deyilir: "Sülh bulağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilmiş PKK / PYD-YPG terrorçularının sayı 653-ə çatıb". (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalında "Sülh bulağı" adı altında hərbi əməliyyatlara başlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin