"Hagibis" qasırğasının qurbanlarının sayı artıb


Dünya 17 Okt 2019 09:12:00 245 0

"Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 77 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində həmçinin azı 10 nəfər itkin düşüb, 340-dan artıq insan xəsarət alıb.

Daha çox insan ölümü və yaralanması faktları ölkənin Honşü adasında yerləşən Fukusima və Miyagi, o cümlədən Kanaqava prefekturalarında qeydə alınıb.

Bildirilir ki, ölkədə axtarış-xilasetmə, həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Bu işlərdə ölkənin Özünümüdafiə Qüvvələrinin hərbçiləri də daxil olmaqla 110 mindən artıq insan iştirak edir.