Bakıda qardaş qardaşı bıçaqlayıb


Digərləri 17 Okt 2019 08:53:00 252 0

Bakıda qardaş qardaşı bıçaqlayıb

Sabunçu rayonunda qardaşlar arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.

Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Son.az APA-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Aşurov Kamandar Haqverdi oğlu qardaşı ilə mübahisə edib. Nəticədə o, 3 bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanada cərrahi əməliyyat edilib. Hər iki qolun və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan K.Aşurovun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.