Tramp: PKK İŞİDdən daha artıq təhlükəlidir


Dünya 17 Okt 2019 08:03:00 304 0

Tramp: PKK İŞİDdən daha artıq təhlükəlidir

PKK terror təşkilatı İŞİD terror qruplaşmasından daha artıq təhlükə kəsb edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə italiyalı həmkarı Sercio Mattarella ilə birgə mətbuat konfransında deyib.

D.Tramp bildirib: "Bildiyiniz kimi, kürd qüvvələrinin tərkibinə daxil olan PKK, terror təhlükəsi baxımından və bir çox digər münasibətlərdə İŞİD-dən daha pisdir. Düşünürəm ki, bu problemdir və biz, buna baxmayaraq, bu problemi çox uğurla nəzarətdə saxlayırıq".

ABŞ prezidenti əlavə edib: "İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər və ya onlardan daha sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir: biz özümüzü elə aparırıq ki, guya kürdlər mələkdirlər".