Redmi K30 smartfonu barəsində bəzi məlumatlar verilib


Digərləri 17 Okt 2019 08:05:00 313 0

Redmi K30 smartfonu barəsində bəzi məlumatlar verilib

Redmi 8 və Redmi 8A smartfon modellərinin bugün Çində keçirillmiş təqdimat tədbiri çərçivəsində Redmi brendinin rəhbəi Lu Weibing həmçinin Redmi K30 modeli barəsində də bəzi məlumatları verib.

Beləliklə təqdimat zamanı bildirilib ki, Redmi K30 smartfonu Redmi brendinin ilk 5G dəstəkli modeli olacaq.

Beləliklə smartfon avtonom (SA) və qeyri avtonom (NSA) şəbəkə arxitekturalarını dəstəkləyəcək. Bu cür imkanlara sahib olan yeganə 5G modem isə Kirin 990 prosessoruna inteqrasiya edilmiş Huawei Balong 5000 modemidir. Lakin Redmi K30 smartfonu dəqiq şəkildə həmin prosessoru əldə etməyəcək. Çox güman ki, söhbət, bu ilin sonunda təqdim ediləcək Snapdragon 700 seriyasına daxil olacaq prosessordan gedir.

Son.az technote.az-a istinadən bildirir ki, yeni prosessor modelindən əlavə olaraq Redmi K30 modeli həmçinin ekrana inteqrasiya edilmiş ikili ön kamera ilə də təchiz olunacaq. Beləliklə smartfonun ön paneli Galaxy S10 Plus modelinin ön panelini xatırladacaq. Smartfon barəsində digər bir məlumat verilməyib. Çox güman ki, Redmi K30 smartfonu 2020-ci ilin birinci rübündə təqdim olunacaq.

(adsgarden = window.adsgarden || []).push({});