Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub:


Dünya 17 Okt 2019 07:55:00 237 0

Zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub:

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb. Lakin polis hələki 35 nəfərin ölümünü təsdiq edib.

Bildirilir ki, qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib. Avtobusda Səudiyyə Ərəbistanında yaşayan Asiya və Yaxın Şərq ölkələrinin vətəndaşları olub.