Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz


Dünya 17 Okt 2019 07:15:00 306 0

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz

Sanksiya təhdidləri və qınaq Türkiyəni haqlı mübarizədən imtina etməyə məcbur edə bilməz.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bir sıra ölkənin Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi "Sülh bulağı" əməliyyatını dayandırmağa çağırışlarını şərh edərkən deyib.

İ.Kalın bildirib: "Sülh bulağı" əməliyyatı onun məqsədləri məqsədlərinə nail olmayana qədər əvvəlki tempdə davam edəcək".

Mətbuat katibi qeyd edib ki, "Sülh bulağı" əməliyyatı "bir dəfəyə bir neçə oyunu pozdu".

Onun sözlərinə görə, "Sülh bulağı" əməliyyatının məqsədlərindən birinin Suriyada demoqrafik vəziyyətin dəyişdirilməsi olması barədə iddialar həqiqətə uyğun deyil: "Bunu YPG/PYD terrorçuları edir".