Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb


Digərləri 17 Okt 2019 05:51:00 234 0

Azərbaycanın iki gənc cüdoçusu dünya birinciliyində medal qazanıb

Azərbaycanın iki cüdoçusu Mərakeşdə bu gün start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib

Bakı. Azərbaycanın iki cüdoçusu Mərakeşdə bu gün start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib. Trend-in Azərbaycan Cüdo Federasiyasına istinadən verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medal qazanıb. 66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda 3-cü yeri tutub.