Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar


Digərləri 17 Okt 2019 02:29:00 320 0

Etirazçılar Barselonada küçələri zibil konteynerləri ilə bağlayırlar

Barselonada hüquq-mühafizə orqanları Kataloniya hakimiyyəti yanında Daxili İşlər Departamentinin binasının qarşısına gələn etirazçıları oradan çıxardırlar

Bakı. Barselonada hüquq-mühafizə orqanları Kataloniya hakimiyyəti yanında Daxili İşlər Departamentinin binasının qarşısına gələn etirazçıları oradan çıxardırlar. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şəhərdə fişəng səsləri eşidilir, şəhərin üzərində helikopterlər uçur. Üzləri bağlı etirazçılar küçələri zibil konteynerləri ilə bağlayırlar. Oradan keçən insanlarla etiraçılar arasında qarşıdurmalar baş verir. Etirazların keçirildiyi zonaya hər tərəfdən giriş bağlıdır. (adsgarden = window.adsgarden || []).push({}); İlkin məlumata əsasən, etiraz aksiyasında 22 min insan iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin