ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib


Dünya 16 Okt 2019 23:23:00 250 0

ABŞ Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib

ABŞ Nümayəndələr Palatası Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyat səbəbindən bu ölkəyə qarşı sanksiyalara dair layihəsini təqdim edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qanun layihəsi Konqres üzvü Liz Çeyni və 90-dan artıq respublikaçı tərəfindən təqdim edilib.

Konqresmenlər "Türkiyənin prezidenti, vitse-prezidenti, müdafi naziri, XİN rəhbəri və digər yüksək vəzifəli məmurlar da daxil olmaqla bu ölkənin rəsmi şəxslərinə qarşı sanksiyalar tətbiq etməyi təklif edirlər.

Bundan əlavə, qanunvericilər "Türkiyə Silahlı Qüvvələrinə maliyyə, maddi və ya texnoloji dəstək verən hər bir xarici vətəndaşa qarşı sanksiyaların tətbiq edilməsini" təklif edirlər.