Evdə hazırlanmış turşu yedi 50 gün reanimasiyada qaldı


Digərləri 16 Okt 2019 23:30:00 283 0

Evdə hazırlanmış turşu yedi  50 gün reanimasiyada qaldı

Evdə hazırlanmış turşu yeyən qız, 50 gün reanimasiyada qalıb.15 yaşlı qız evdə hazırlanmış turşu yediyi üçün xəstəxanalıq olub.

Son.az medicina.az-a istinadən bildirir ki, Türkiyədə yaşayan Nisanur adlı qızın turşu yedikdən sonra halı pisləşib.

Başı gicəllənməyə, mədəsi bulanmağa, gözləri qaralmağa başlayıb. Ailəsi bir gün sonra uşağı xəstəxanaya çatdırıb. Xəstəxanaya gətirildikdə qızın şüuru açıq vəziyyətdə olub. Lakin nəfəs alması çətinləşib və onu reanimasiyaya yerləşdiriblər.

Həkimlər konservləşdirilmiş tərəvəzlərdə"Botulismus antioksidan" maddəsinin olduğunu və qızın da bu səbəbdən zəhərləndiyini bildirib. Zəhərlənmə səbəbindən tənəffüs iflici keçirən qızın boynundan kiçik dəlik açılıb.

(adsgarden = window.adsgarden || []).push({});