Əl və ayağın soyuq olmasının QORXUNC FƏSADLARI: temperaturun aşağı düşməsi....


Digərləri 16 Okt 2019 22:37:00 265 0

Əl və ayağın soyuq olmasının QORXUNC FƏSADLARI: temperaturun aşağı düşməsi....

Payız və qış aylarında temperatur düşəndə bədənimizdə bir çox dəyişikliklər baş verir.

Son.az Publika.az-a istinadən xəbər verir ki, tədqiqatlar miokard infarktı, yəni koronar damarın tıxanma hallarının qışda daha yüksək olduğunu göstərib. Çünki payız və qış aylarında temperatur azalması fizika qanunlarına görə damarların daralmasına səbəb olur. Ürəyin işləməsi çətinləşir. Qan laxtaları dar damarları asanlıqla tıxayır.

Yadda saxlayın ki, ürək sağlamlığı üçün əl və ayaqların isti olması lazımdır. Odur ki, ayaqları isti saxlayın, qalın və isti saxlayan corablarla geyin, şaxtalar başlayanda əlcəklərə laqeyd qalmayın.

Yeri gəlmişkən, ürək xəstələri üçün soyuqda siqaret çəkmək xüsusilə ölümcül olur. Çünki siqaret qan damarlarının spazmına səbəb olur, şaxtalı hava səbəbilə damarlar daha da daralırlar.

Soyuq hava ağciyər və bronxlara da təsirsiz ötüşmür. Bronx spazmını təhrik edir və bu, bütün astmatiklər üçün böyük bir problemə çevrilir. Siqaret çəkənlərdə də oxşar problemlər var.

(adsgarden = window.adsgarden || []).push({});