Ən yaxşı pulsuz ağrıkəsici Hər kəs üçün əlçatan "vasitə"


Digərləri 16 Okt 2019 22:04:00 298 0

Ən yaxşı pulsuz ağrıkəsici  Hər kəs üçün əlçatan "vasitə"

İngiltərədə maraqlı araşdırma aparılıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tranford Universitetinin tibb fakültəsinin ağrı mərkəzində aparılan araşdırma nəticəsində ən yaxşı ağrıkəsicinin "sevgi" olduğu aşkarlanıb. Məlum olub ki, sevgi hissinin kokaindən belə daha güclü təsiri var.

Təcrübə prosesində iştirak edən 15 nəfərin (8 qadın və 7 kişi) FMRI vasitəsi ilə beyni görüntülənərək onlarla maraqlı test aparılıb.

Testə əsasən, 15 nəfərin hər birinin əlinə ağrı hiss etdirəcək cihaz verilib və onlardan bir neçəsinin qarşısındakı monitorda bu anda sevgilisinin şəkli göstərilib.

Məlum olub ki, ağrı ötürülən zaman sevgilisinin şəklini görən şəxslər digərlərinə nisbətən ağrını daha az və gec hiss edib.

(adsgarden = window.adsgarden || []).push({});